ÇL: “Atalanta”ya bir qol bəs etdi, “Zenit” “Malmö”nü darmdağınla yola saldı - VİDEO

23:00 29-09-2021 473

UEFA Çempionlar Liqasının qrup mərhələsində II turu davam edir.

HerGun.Az xəbər verir ki, bu gün daha iki oyun keçirilib.

Hər iki qarşılaşmada meydan sahibləri qalib gəliblər.

F qrupunda İtaliya “Atalanta”sı İsveçrənin “Yanq Boyz” klubunu qəbul edib. Görüşün taleyini bir qol həll edib. 66-cı dəqiqədə fərqlənən Matte Pessina Berqamo təmsilçisinə ilk qələbəsini qazandırıb.

H qrupunda isə Rusiya “Zenit”i evdə İsveç “Malmö”sünü darmadağın edib - 4:0. Sankt-Peterburq klubunun heyətində qolları 9-cu dəqiqədə Klaudinyo, 49-cu dəqiqədə Daler Kuzyayev, 80-ci dəqiqədə Aleksey Sutormin və görüşün əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə Vendel vurublar.

Çempionlar Liqası
II tur
F qrupu

“Atalanta” (İtaliya) – “Yanq Boyz” (İsveçrə) - 1:0
Qol:
Matteo Pessina, 66

H qrupu
“Zenit” (Rusiya) – “Malmö” (İsveç) - 4:0
Qollar:
Klaudinyo, 9, Daler Kuzyayev, 49, Aleksey Sutormin, 80