ABŞ “Hizbullah”a qarşı sanksiyaları genişləndirib

00:00 30-09-2021 394

ABŞ Livanın “Hizbullah” təşkilatına qarşı sanksiyaları genişləndirib.

Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Sanksiyalar siyahısına Fələstin, Bəhreyn, Səudiyyə Ərəbistanı və Türkiyə vətəndaşları olan yeddi nəfərin adları və bir şirkət daxil edilib.

Sanksiyalar nəticəsində bu şəxslərin maliyyə hesabları bloklanıb, həmçinin amerikalıların siyahıda olan şəxslərlə iş birliyində olmasına icazə verilmir.

Öz növbəsində, ABŞ Maliyyə Nazirliyi sanksiyalar siyahısına daxil olan şəxslərin “Hizbullah”a on milyonlarla dollar maliyyə vəsaiti köçürdüyünü açıqlayıb.

Mənbə: “RİA Novosti”