Kraliyyət ailəsi Ceyms Bond barədə filmin premyerasında iştirak edib - FOTO

04:40 30-09-2021 512

Böyük Britaniyada Ceyms Bond barədə  “No Time To Die”  (“Ölmək zamanı deyil”) filminin premyerası baş tutub.

Tədbirə kral ailəsinin üzvləri - Şahzadə Çarlz həyat yoldaşı Kamilla Parker-Boul ilə və Şahzadə Uilyam xanımı Keyt Middltonla birlikdə qatılıblar.

Kembric hersoqiniyası premyeraya dəbdəbəli qızıl paltarda yollanıb. Middletonun “Jenny Packham” brendindən olan paltarının qiymətinin 2800 funt sterlinq (6 477 manat) olduğu bildirilir.

Bondun 25-ci hissəsinin nümayişinə koronavirus pandemiyası kontekstində gördükləri işlərə minnətdarlıq olaraq xüsusi qonaqlar qismində həkimlər və hərbçilər də dəvət edilib.