Van gölünün suyu koronavirusa qarşı

07:00 30-09-2021 365

Türkiyə ərazisində yerləşən Van gölü mineralların çoxluğu və bir çox dəri xəstəliyi üçün faydalı olması səbəbindən alimlərin araşdırma mövzusudur.

Türkiyəli professor Harun Cansız araşdırmaları nəticəsində Van gölünün qazlı suyunun koronavirusa qarşı istifadə edilə biləcəyi qənaətinə gəlib.

O, 60 koronavirus xəstəsi üzərində araşdırma aparıb.

Professor xəstələrdən 30-da gölün suyundan götürdüyü nümunədən hazırladığı spreyi sınaqdan keçirib.

Sprey istifadə edən xəsətlərdə virus yükünün azaldığı məlum olub. pH dəyəri 9,3 olan Van gölünün suyu ilə hazırlanan sprey xəstəliyin asan keçməsinə şərait yaradıb.

Mənbə: “Yeni Şafak”