Rusiyada qəddar şəkildə öldürülən Adilə, Zülfiyyə və Ayqız adlı tələbələrin cəsədi tapılıb - FOTO/VİDEO

11:40 30-09-2021 462

Orenburq vilayətinin Qay şəhərində üç tələbə qızın üzərində zorakılıq əlamətləri olan cəsədi tapılıb.

Bu barədə RF İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

Bildirilir ki, mənzildə yanğın söndürüldükdən sonra xilasedicilər dəhşətli mənzərə ilə üzləşiblər. Həmin ünvanda iki qızın üzərində kəsilmiş-deşilmiş yaralar olan cəsədi tapılıb. Bənzər bədən xəsarətləri alan başqa bir qızın meyiti isə evin həyətində tapılıb.

Qətl günü tibb kollecinin tələbələri evdə qonaqlıq keçiriblər. Evdə spirtli içki butulkası tapılıb.

18 yaşlı Adilə Kərimova və 19 yaşlı Zülfiyə Sanikina mənzildə qətlə yetiriliblər. Onların yeniyetmə rəfiqəsi, 17 yaşlı Ayqız Umetkolova yaralandıqdan sonra küçəyə qaça bilib. Lakin o, yalnız 70 metr qət edə bilib.

Baş verənlərlə əlaqədar İstintaq Komitəsi yoxlamalara başlayıb, həmin gecə qızlarla kimin olduğunu araşdırır.

Mənbə: “Life Shot” “Telegram” kanalı