“Paul&Shark” geyimlərini əldə etmək üçün 5 səbəb - FOTO

12:00 30-09-2021 372

İstirahət və gündəlik həyat üçün ən populyar brendlərdən biri olan “Paul&Shark”, rahatlıq, zövq və sərbəstliyin sinoniminə çevrilib. Brend –25-55 yaşlı, aktiv həyat tərzi sürən, iş quran, idmana vaxt ayıran, aktiv istirahətdən həzz alan və səyahət edən kişilər üçündür.

Brendi dünyada tanıdan və unikal edən səbəblər hansılardır?

İnnovativ texnologiyalardan istifadə.

“Paul & Shark” brendi tam suya davamlı, eyni zamanda hava sirkulyasiyası təmin edən parçalardan gödəkçələr istehsal edir. Brendin daha bir neçə innovativ üstünlükləri var, məsələn, parçaların çirki və ləkələri özünə hopdurmamaq imkanı və ciblərin elektromaqnit dalğalarına qarşı qoruyucu qatı.

1. Ətraf mühitə qarşı qayğı

Brend ətraf mühitin qorunmasına böyük diqqət yetirir. Buna sübut bütövlüklə yalnız təkrar emal edilən materiallardan hazırlanmış modellərdir. Beləcə, brend dünyada baş verən ekoloji problemlərə biganə qalmadığını nümayiş etdirir.

2. Zövqlü kolleksiyalar

“Paul & Shark” brendi qüsursuz zövq rəmzidir. Brend yalnız parlaq, əlvan çalarlardan istifadə edir. Modellərin tərzi onları həm tətil zamanı, həm də gündəlik həyat üçün uyğun edir. Brendin dizaynerləri dəniz mövzusuna aid rənglərlə kifayətlənməyib, müxtəlif rənglərlə eksperiment aparırlar. Məsələn, bəzi “Paul&Shark” köynəkləri məşhur rəsm əsərlərinin rənglərini təkrarlayır. Bundan əlavə, şirkətdə çalışan musiqi mütəxəssisi rənglərə uyğun musiqi əsərlərini müəyyən etməklə məşğul olur. İnsan beynində mavi, ağ və göy rənglər Bethovenin 9-cu simfoniyası, qırmızı rəngin mavi və göy ilə ahəngi isə Şopenin 27-ci noktürnu ilə əlaqələnir.

3. Yüksək keyfiyyət

Brendin tarixi 100 il öncə, 1921-ci ildə, Milanda başlayıb. Və bu illər boyu, öz yüksək keyfiyyəti ilə tanınıb. Məsələn, brend yalnız təbii materiallardan istifadə edir.

4. Hər zaman sevilən dəniz və yelkən mövzusu

Brendin Pol adlı təsisçisi səyahət zamanı “Paul&Shark” yazısını qədim bir gəminin üzərində görüb. Bu hadisə brendin həm adını, həm üslubunu təyin etdi: yelkənli idman və ondan ilhamlanan gündəlik geyim. Dəniz mövzusu hətta mağazaların dizaynında da təkrar olunur. 



 




 



Brendin son Payız-Qış 2021/22 kolleksiyasını Neftçilər pr-ti 151, “Port Baku Mall”-un 1-ci mərtəbəsində əldə etmək olar.

Tel: +994 51 2258072