Tanınmış azərbaycanlı alim vəfat edib – FOTO

01:00 01-10-2021 326

Fizika-riyaziyyat elmləri doktoru, professor Yusif Əsədov vəfat edib.

Bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat paylaşıb. 

Bildirilib ki, Yusif Əsədov uzun illər AMEA-nın Fizika İnstitutunda çalışıb, Quruluş və quruluş çevrilmələri laboratoriyasının rəhbəri olub.

O, eyni zamanda “Fizika” jurnalının redaksiya heyətinin, Beynəlxalq Kristalloqrafiya cəmiyyətinin və Nyu-York Elmlər Akademiyasının üzvü idi.