Barbados Parlamenti II Elizabeti ölkənin rəsmi başçısı hesab etməmək qərarına gəldi
03:40 01-10-2021 333
Barbados Parlamentinin Aşağı Palatası konstitusiyaya Böyük Britaniya Kraliçası II Elizabetin artıq Karib ölkəsinə rəhbərlik etməyəcəyi ilə bağlı dəyişiklikləri yekdilliklə dəstəkləyib.
Noyabrın 30-dan etibarən ölkə rəsmən parlament respublikasına çevriləcəк.
Barbados Böyük Britaniyanın başçılıq etdiyi Birlik daxilində müstəqil dövlətdir. Dövlət başçısı general-qubernator tərəfindən təmsil olunan Böyük Britaniya Kraliçasıdır.
287 000-dən çox sakini olan Barbados Karib dənizinin şərq hissəsində yerləşir. Ölkə 1966-cı ildə müstəqillik qazanıb.