Maxi.az elektronika və məişət texnikası mağazalar şəbəkəsindən şəhid ailələrinə dəstək - FOTO

12:00 01-10-2021 342

Vətən müharibəsinin başlamasından bir il ötür. Bu müharibə Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmaqla yanaşı, həm də dünya hərb tarixində yeni səhifə açdı. İllər sonra Azərbaycan Ordusu öz qanı bahasına qələbə qazandı, torpaqlarımızı düşməndən təmizlədi. Acı həqiqətdir ki, Vətən müharibəsində 1 907 hərbçimiz şəhid oldu.

Bu il məktəbə gedən şagirdlər arasında şəhid övladları da var. Maxi.az həmin ailələrə az da olsa dəstək vermək məqsədi ilə yeni dərs ilinin başlanğıcında Vətənə əmanət olan bu uşaqlar üçün məktəb ləvazimatları ilə dolu bel çantaları hədiyyə edib:

“Ümid edirik ki, bizim tərəfimizdən göstərilən bu kiçik diqqət uşaqlara sevinc gətirəcək.

Qəhrəmanlarımızı anırıq və onları hörmətlə yad edirik!”