“Champions Chess Tour”: Teymur Rəcəbov qalib gəldi, Məmmədyarov məğlub oldu

01:40 02-10-2021 456

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin altıncı turunun oyunları keçirilib.

6-cı turda Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşmada məğlub olub (3:4).

Qeyd edək ki, şahmatçımız Teymur Rəcəbov isə ABŞ-ın digər təmsilçisi Uesli Soya 3:1 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməsə, blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.

Hazırda təmsilçimiz T.Rəcəbov 18 xalla 3-cü sıradadır. Ş.Məmmədyarov isə 6,5 xalla sonuncu yerdədir. Turnir cədvəlinin lideri 28,5 xalla Maqnus Karlsendir.

Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.