Rumıniya xəstəxanasında yanğın: Doqquz nəfər həlak oldu

05:20 02-10-2021 310

Rumıniyanın Konstansa şəhərindəki xəstəxanada baş verən yanğın nəticəsində azı doqquz nəfər həlak olub.

Səlahiyyətlilərə görə, yanğın cümə günü səhər baş verib. Təcili yardım xidmətləri hazırda xəstəxana işçilərini və xəstələri təxliyə edir.

Ölkənin Səhiyyə Nazirliyindən bildiriblər ki, dəqiq məlumat daha sonra mətbuat konfransı zamanı veriləcək.

Şöbədən verilən məlumata görə, xəstəxanada 10-u reanimasiya şöbəsində olan 113 xəstə var.

Mənbə: “Associated Press”