Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qalibi olmuş “Məktəb və valideyn” valideynlərin iştirakı ilə məktəblərdə fiziki və psixoloji sağlamlığın qorunması layihəsinin təqdimatı keçirildi.

11:02 02-10-2021 621

    17 sentyabr 2021-ci il tarixdə Beyləqan rayon Heydər Əliyev mərkəzində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən elan edilmiş Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qalibi olmuş “Məktəb və valideyn” valideynlərin iştirakı ilə məktəblərdə fiziki və psixoloji sağlamlığın qorunması layihəsinin təqdimatı keçirildi. Tədbirdə “Məktəb və valideyn” valideynlərin iştirakı ilə məktəblərdə fiziki və psixoloji sağlamlığın qorunması layihəsinin rəhbəri Anar Yaqubov, layihənin işçi qrupu Beyləqan rayon Ramiz Abbasov adına şəhər 4 nömrəli tam orta məktəbin rəhbər, müəllim və valideynləri iştirak etdilər. Tədbiri giriş nitqi ilə açan layihə rəhbəri Anar Yaqubov Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi və həmin müsabiqənin qalibi olmuş “Məktəb və valideyn” valideynlərin iştirakı ilə məktəblərdə fiziki və psixoloji sağlamlığın qorunması layihəsi barəsində tədbir iştirakçılarına ətraflı məlumat verdi. Tədbir layihənin işçi qrupunun üzvləri, məktəbin direktoru Tamilla Quliyeva və valideynlərin layihənin əhəmiyəti barədə çıxış etdilər. Təqdimat mərasimində layihə çərçivəsində Beyləqan rayon Ramiz Abbasov adına şəhər 4 nömrəli tam orta məktəbində görüləcək işlər barəsində də tədbir iştirakçılarına geniş məlumat verildi.