Azərbaycanda son sutkada koronavirusa 684 nəfər yoluxub: 16 nəfər ölüb - FOTO

16:40 02-10-2021 310

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 684 yeni yoluxma faktı qeydə alınıb, 2 060 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 485 275 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 462 798 nəfər müalicə olunaraq sağalıb, 6 559 nəfər vəfat edib, aktiv xəstə sayı 15 918 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 832, ötən müddət ərzində isə ümumilikdə 4 878 405 test aparılıb.