Gürcüstanın azərbaycanlılar yaşayan rayonlarında seçici fəallığı məlum olub

23:20 02-10-2021 345

Gürcüstanda soydaşlarımızın yığcam yaşadıqları Kvemo Kartli bölgəsində yerli seçkilərdə 187 066 seçici iştirak edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilib.

Bölgə üzrə seçici fəallığı 47% olub.

Marneulidə bu göstərici 47,29% (47 331 seçici), Qardabanidə 42,75% (30 721 seçici), Bolnisidə 43,56% (24 352 seçici), Dmanisidə 57,23% (13 167 seçici), Tsalkada 45,18% (9 201 seçici), Tetritskaroda 50,54% (10 240 seçici) təşkil edib.

Regionun mərkəzi Rustavi şəhərində səsvermə prosesinə 52 054 seçici qatılıb. Bu, 48,7 % seçici fəallığı deməkdir.