Koronavirusa yoluxmuş sabiq icra başçısı vəfat edib

23:40 02-10-2021 335

Sabiq icra başçılarından Mövsüm Bədirxanov vəfat edib.

Bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, M.Bədirxanov bir müddət öncə koronavirusa yoluxubmuş.

Qeyd edək ki, o, Xızı və Siyəzən rayonlarının icra başçısı olub.