Suarez “Barselona”nı da siyahısına daxil etdi, kataloniyalılar “Atletiko” sınağından “iki aldı” - VİDEO

01:20 03-10-2021 509

La Liqada VIII tur davam edir.

HerGun.Az xəbər verir ki, turun mərkəzi oyunu Madriddə baş tutub.

“Atletiko” doğma meydanda “Barselona”nı qəbul edib.

Bu mövsüm olduqca zəif təsir bağışlayan kataloniyalılar növbəti dəfə çətin sınaqdan üzüağ çıxa bilməyiblər.

Ronald Kumanın komandası iki cavabsız qolla səfərdən məğlub dönüb.

“Atletiko”nun heyətində Lemar və Luis Suarez fərqlənib.

Maraqlıdır ki, Suarez bu matçda vurduğu qolla son yeddi ildə La Liqada çıxış etmiş bütün komandaların qapısına yol tapmış olub. Belə ki, daha əvvəl “Barselona”da çıxış etmiş hücumçu yalnız kataloniyalılara qol vurmamışdı ki, bu oyunda onları da siyahısına əlavə edib.

Qarşılaşmanın qollarını təqdim edirik:

Zaur Xudiyev