Çin Tayvan sahillərinə rekord sayda döyüş təyyarəsi göndərdi

02:40 03-10-2021 300

Ötən gün ərzində Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələri Tayvan sahillərinə rekord sayda - 38 təyyarə göndərib.

Çin hərbi aviasiyası Başı boğazının üzərindən keçərək adanın cənub-şərqindəki su sahəsinin üzərində uçub.

Manevrə qatılanlar çox məqsədli J-16 və Su-30 qırıcıları, H-6 bombardmançıları, KJ-500 erkən xəbərdarlıq və idarəetmə təyyarələri və Y-8 kəşfiyyat təyyarələri olub.

Tayvan Hərbi Hava Qüvvələri Çin təyyarələrinin hərəkətini izləmək üçün təyyarələrdən və digər avadanlıqlardan istifadə edib.

Tayvan 1949-cu ildən bəri öz rəhbərliyi tərəfindən idarə olunur. O vaxtdan ada kommunistlərin hakimiyyətə gəlməsindən əvvəl materikdə mövcud olan keçmiş Çin Respublikasının bayrağını və bəzi digər xüsusiyyətlərini qoruyub saxlayır. Çinin əksər ölkələr tərəfindən dəstəklənən rəsmi mövqeyinə görə, Tayvan onun əyalətlərindən biri hesab olunur.

Mənbə: TASS