2,3 milyonluq cekpotun sahibi ofisiant olaraq çalışmağa davam edir

09:20 03-10-2021 348

Böyük Britaniyada 1,7 milyon funt sterlinq (təxminən 2,3 milyon dollar) dəyərində cekpotun sahibi olan qadın məktəblərdən birində ofisiant kimi çalışmaqdan imtina etməyib.

2003-cü ildə sözügedən məbləği qazanan Triş Emson adlı qadın dekorçu olaraq çalışan əri Qrem Emson və özü üçün bu vəsaitin yeni bir həyata başlanğıc olmadığını bildirib.

O, zəngin olmağın birini daha yaxşı insana çevirmədiyini vurğulayıb.

Qeyd edib ki, sözügedən vəsaitlə alınmış ən dəyərli şey şəhər kənarında yerləşən ev olub.

Mənbə: “Daily Mail”