Boliviyanın sabiq prezidentinin həbs müddəti uzadılıb

11:20 03-10-2021 366

Boliviyada hakim Armando Sebalyos terrorizmdə, qiyama təhrik etməkdə və soyqırımda ittiham olunan keçmiş prezident Janin Anyesin həbs qətimkan tədbirinin müddətini uzadıb.

Bu barədə sabiq prezidentin qızı Karilona Ribera Anyes bildirib.

“Anam Janin Anyesin həbs qətimkan tədbirinin müddəti daha beş ay müddətinə uzadılıb. Hakim Armando Sebalos müdafiə normalarını nəzərə almadan, hər hansı hüquqi meyarların göstərmədən sübutsuz hökm çıxarır. Və anamın həbs qətimkan tədbirini qanunsuz olaraq uzatmaqla prokurorun hansı tədbirləri görməli olduğunu dəqiqləşdirmədən”, - Ribera Anyes “Facebook” səhifəsində bildirib.

Mənbə: “RİA Novosti”