Qazaxda yük avtomobili dərəyə aşıb, sürücü xəsarət alıb

13:40 03-10-2021 304

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonunun Daş Salahlı kəndində “MAN” markalı yük avtomobilinin yol kənarındakı dərəyə aşması barədə məlumat daxil olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.