Əfqanıstanda 70 faizə yaxın yerli mətbuat orqanı fəaliyyətini dayandırıb

16:00 03-10-2021 330

Əfqanıstanda “Taliban”ın siyasi hakimiyyəti ələ keçirməsindən sonra bu ölkədə fəliyyət göstərən 70 faizə yaxın yerli media orqanı fəaliyyətini dayandırıb.

Bu barədə Əfqanıstan Jurnalistlər Birliyinin nümayəndəsi Masrur Lütfi məlumat verib.

Jurnalist qeyd edib ki, yerli media qurumlarının bağlanmasının əsas səbəbləri təhlükəsizlik və iqtisadi problemlərlə əlaqədardır.

O əlavə edib ki, birliyin keçirdiyi sorğunun nəticələrinə görə, hazırda Əfqanıstanda ölkə mediasının yalnız 30 faizi öz peşəkar fəaliyyətini davam etdirə bilir.

Mənbə: “The Khaama Press”