Emre Belözoğlu “Başakşəhər”in baş məşqçisi oldu - FOTO

19:00 03-10-2021 486

Türkiyə milli futbol komandasının sabiq üzvü Əmrə Bəlözoğlu “Başakşəhər” klubunu çalışdıracaq.

Sabah 41 yaşlı mütəxəssisin mətbuat önündə təqdimat mərasimi keçiriləcək.

O, bu vəzifədə ötən gün istefaya göndərilən Aykut Kocamanı əvəzləyib.

Qeyd edək ki, E. Belözoğlu bundan əvvəl “Fənərbaxça” klubuna rəhbərlik edib.

Mənbə: “Başakşəhər” klubunu rəsmi “Twitter” səhifəsi