Salyanda avtomobil piyadanı vurub

21:20 03-10-2021 368

Salyanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə axşam saatlarında Xalac kəndində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü Kərimov Zamin Rafiq oğlu yolu keçmək istəyən zaman minik avtomobili onu vurub. Müxtəlif dərəcəli xəsarətlər alan Z.Kərimov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.