Təyyarənin mühərrikinə quş girdi, yanğın başladı - ANBAAN VİDEO

05:20 04-10-2021 427

ABŞ-ın Atlantik Siti şəhərindən havaya qalmağa hazırlaşan sərnişin təyyarəsinin pilotları uçuşu dayandırmaq məcburiyyətində qalıb.

Belə ki, uçuş-enmə zolağında hərəkətə başlayan təyyarənin sağ qanadında olan mühərrikə quş daxil olub və nəticədə mühərrik alovlnamağa başlayıb.

Pilotlar dərhal uçuşu saxlayıb, təyyarədə olan 120 nəfər sərnişin təxliyə edilib.

Mənbə: “Life Shot” “Telegram” kanalı