Bakıda avtomobil 62 yaşlı qadını vurub

06:20 04-10-2021 319

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. S.Mehmandarov küçəsində avtomobil yolu keçən 1959-cu il təvəllüdlü Məmmədova Zəhra Əsgər qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.