“IMZA Group” ACCA-nın Azərbaycandakı ilk “Platinum” statuslu tərəfdaşı oldu - FOTO

10:00 04-10-2021 348

Peşəkar maliyyəçi və mühasiblərin yetişdirilməsi üçün əvəzsiz rolu ilə tanınan “IMZA Group” şirkəti ölkədə və regionda ilk dəfə olaraq ACCA-nın (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası) Platinum tərəfdaşı statusuna layiq görülüb.

“Platinum” statusu ACCA proqramı üzrə təhsil verən təşkilatlarda ən yüksək və ən nüfuzlu tərəfdaşlıq səviyyəsidir. “Platinum” tərəfdaşlarımız təlimlərin idarə olunmasında, tələbələrin təhsil və dəstək prosesində ACCA-nın beynəlxalq standartlarına uyğun olaraq fəaliyyət göstərir. “Platinum” statuslu tərəfdaşlarımızın tələbələrinin əksər ACCA imtahanları üzrə nəticələri orta dünya göstəricilərindən yüksəkdir”, - deyə Assosiyasiyanın rəsmi saytında bildirilir.

2016-cı ildə fəaliyyətə başlayan “IMZA Group”, maliyyə və mühasibat uçotu üzrə onlarla yüksək ixtisaslı mütəxəssislər yetişdirib. Tədris mərkəzinin tələbələri Azərbaycan və dünya üzrə mütəmadi olaraq rekord nəticələr göstərirlər:

“IMZA Group”un yaradılmasının təməli ilk növbədə yeni nəsil beynəlxalq səviyyəli maliyyəçilərin və mühasiblərin hazırlanması və peşəkar sferada fəaliyyətlərinin davam etdirilməsi ideyası idi.

Ölkəmizin möhtəşəm insan kapitalı var və bu kapitalı inkişaf etdirmək üçün bütün güc və resurslarımızı səfərbər etmək qərarına gəldik. ACCA proqramı üzrə seçim mərhələsini keçmiş 100 tələbənin imtahan hazırlıqlarının, o cümlədən imtahanlarda iştirakının şirkətimizin öhdəliyinə götürülməsini nəzərdə tutan “100 Uğurlu İmza” layihəsi bu ideyanın həyata keçirilməsinin başlanğıcı olub. Bu gün regionda ACCA-nın “Platinum” tərəfdaşı statusunun ilk sahibi olduğumuz üçün qürur hissi keçiririk. Biz bunu etdik, bizim ideyamız reallığa çevrildi”.

Bu günə qədər, “IMZA Group”un onlarla tələbəsi ACCA-nın sessiya imtahanlarında birinci yeri tutub, “100 Uğurlu İmza” layihəsinin 6 iştirakçısı İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyasının tam hüquqlu üzvü olub (ACCA Member). 

“IMZA Group”un tələbələri sırasına ACCA Financial Reporting (FR) sessiya imtahanı üzrə dünya birincisi olan, həmçinin ACCA Financial Accounting (FA) imtahanı üzrə maksimal 100 bal toplayan tələbələrdə daxildir.

“IMZA Group” tələbələri ölkəmizin iqtisadiyyatının inkişafında mühüm rol oynayacaq gənc peşəkarların yeni dalğasıdır.