Gürcüstanda azərbaycanlı ailənin həyətinə qumbaralar atıldı

11:40 04-10-2021 323

Gürcüstanda Laqodexi bələdiyyəsinin azərbaycanlılar yaşayan Qabal kəndində Məmmədovlar ailəsinin yaşayış evinin həyətinə iki ədəd əl qumbarası atılıb.

“Report” xəbər verir ki, hadisə zamanı həyətdəki avtomobilə ziyan dəyib.

İlkin məlumatlara əsasən, xəsarət alan olmayıb.

Hadisəyə kənd bazarında payla bağlı mübahisənin səbəb olduğu bildirilir.