Yapon şirkətinin prezidenti: “Azərbaycan məhsullarının satış mərkəzini Tokioda açmağı planlaşdırırıq”

12:20 04-10-2021 384

“Yaponiyada Azərbaycan məhsullarının satış mərkəzini açmağı planlaşdırırıq”.

HerGun.Az-ın məlumatına görə, bunu Azərbaycan-Yaponiya İnvestisiya Forumunda Yaponiyanın TET Beynəlxalq İnkişaf Şirkətinin prezidenti Taro Savada San deyib.

O bildirib ki, hazırda Azərbaycanın təbii məhsulları, fındıq, şərab, zeytun yağlarını Yaponiyaya ixrac edilir:

“Azərbaycan məhsullarının satışı Yaponiyanın e-kommersiya saytı vasitəsilə həyata keçirilir. Biz rəsmi olaraq Azərbaycan məhsullarını Yaponiyaya ixrac edən ilk şirkətik. Azərbaycanın satış mərkəzini məhz Tokioda açmağı planlaşdırırıq”.

Qeyd edək ki, şirkət rəhbəri öz çıxışında Azərbaycanı çox sevdiyini bildirib: “Qarabağ Azərbaycandır!”

İlhamə Əbülfət