“CinemaPlus” qayıtdı! - FOTO/VİDEO

13:20 04-10-2021 339

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarına əsasən "CinemaPlus" kinoteatrlar şəbəkəsi oktyabrın 1-dən fəaliyyətə başladı.

Bu əlamətdar tarixlə əlaqədar “Gənclik Mall” TM-də (ticarət mərkəzində) yerləşən “CinemaPlus” premium kinoteatrı sevimli tamaşaçıları xüsusi bir sürprizlə qarşılamaq qərarına gəldi və musiqi festivalı təşkil etdi. Kinoteatrın foyesi Helium Baku şarları ilə bəzədildi.

Tədbiri “Merry Band” peşəkar instrumental musiqi qrupu başladı. Musiqili müşayiətlə Tatyana Dolivetsin başçılıq etdiyi film qəhramanları obrazlarında olan animatorlar, əllərində kinoteatrın bayraqlarını və şarları saxlayaraq ticarət mərkəzində yürüş etdilər. 

Bayram məşhur film və cizgi filmlərindən mahnıları ifa edən “Avanqard” kamera orkestri tərəfindən tamamlandı.

Foto və video çəkiliş “Light in Black” kreativ şirkəti tərəfindən aparılıb. Qonaqlar və tamaşaçılar bayrama böyük məmnuniyyətlə qatılırdılar.

“CinemaPlus” öz ənənəsini pozmayaraq növbəti dəfə çox parlaq festival keçirdi. Qeyd etmək istərdik ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsində oktyabr ayında ən gözlənilən premyeralar olacaq: “Ölmək vaxtı deyil”, “Venom 2”, “Dyuna”, “Addams Ailəsi 2”, “Halloween öldürür”, “Düzəlməz Ron”.

“CinemaPlus” – yüksək görüntülü rəqəmsal proyeksiya sisteminə malik və 3D kontentini nümayiş etmək imkanı olan kinoteatrlar şəbəkəsidir. Həmçinin premium keyfiyyətli kinoekranlar, böyük parlaqlıq və “Enchanced 4KBarco” dəqiq görüntü texnologiyası sayəsində kinofilmləri ən yaxşı və ən yüksək keyfiyyətdə nümayiş etmək imkanı verir.

Bundan başqa “CinemaPlus” ilk dəfə Azərbaycanda Dolby Atmos dünya sistemini tətbiq edib. “CinemaPlus” kinoteatrlar şəbəkəsinə 10 kinoteatr, 50-dən çox ekran və 5 000-dən çox oturacaq daxildir.