Nazirlik: “Nurlan Musayev Vətən Müharibəsində iştirak etməyib”

19:20 04-10-2021 334

Ağdaş rayonu Abad kənd sakini Musayev Nurlan Nurəddin oğlunun sosial şəbəkədə yayılan şikayəti ƏƏSMN tərəfindən araşdırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən HerGun.Az-a verilən məlumata görə, Nurlan Vətən Müharibəsində iştirak etməyib, 2020-ci ilin yanvar ayında Sumqayıda hərbi xidmətdə olub və hərbi xidmət dövründə xəstələnib. Ona 19.02.2021-ci ildən hərbi xidmət dövrü ilə əlaqədar “Aşağı ətrafın uzun sümüklərinin bədxassəli yeni törəməsi” diaqnozu ilə beş il müddətinə üçüncü qrup əlillik təyinatı aparılmış və əlilliyə görə 110 manat sosial müavinət təyin edilib. 

Ailəyə dəstək məqsədi ilə atası Musayev Nurəddin Pənah oğlu özünün məşğulluq programına cəlb olunub, 3.08.2021-ci il tarixində xırdabuynuzlu heyvandarlıq zərfi üzrə aktivlərlə təmin olunub. 

Məlumat üçün bildiririk ki, video müraciətdə qeyd olunan şikayəti nazirliyinin fəaliyyət istiqamətlərinə aid deyil.