Türkiyə ordusundan PKK-ya ağır zərbə: Girmək mümkünsüz olan “Şərq qərargahı” ələ keçirildi - VİDEO

19:40 04-10-2021 415

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror qruplaşmasına ağır zərbə endirib.

Qardaş ölkənin Milli Müdafiə Nazirliyindən bildirilib ki, Türkiyə hərbçiləri terror qruplaşmasının “girilməsi mümkünsüz” olaraq ifadə etdiyi Şərq qərargahına giriblər. Əməliyyat nəticəsində 12 terrorçu zərərsizləşdirilib.

Mənbə: “Haber Global”