Şirvanda piyadanı avtomobil vurub

21:00 04-10-2021 331

Şirvanda 51 yaşlı qadını avtomobil vurub.

Hadisə Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb.

“VAZ 2107” markalı avtomobil yolu keçmək istəyən Şirvan sakini, 1970-ci il təvəllüdlü Ağayeva Gülbəniz Allahqulu qızını vuraraq ağır yaralayıb.

Yaralı piyada kəllə-beyin travması ilə Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Mənbə: APA