Pakistanda sərnişin avtobusu keçiddən aşdı

04:40 05-10-2021 313

Pakistanın şimal-şərqindəki Pəncab əyalətində bazar ertəsinə keçən gecə sərnişin avtobusu keçiddən aşıb.

Qəza nəticəsində 7 nəfər ölüb, 28 nəfər yaralanıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, avtobus sürücüsü təkərin partlaması nəticəsində idarəetməni itirib.

5 nəfər hadisə yerində, 2 nəfər isə xəstəxanada həyatını itirib. Zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib, bəzilərinin vəziyyəti ağırdır, onların sayı dəqiqləşdirilməyib.

Mənbə: TASS