Fransada yüksək meteoroloji təhlükə

05:20 05-10-2021 351

Fransada şiddətli yağış və daşqın təhlükəsi səbəbiylə ölkənin cənub-şərqindəki Buş-du-Ron departamentində qırmızı- ən yüksək meteoroloji təhlükə səviyyəsi elan edilib.

Mütəxəssislərin fikrincə, bəzi ərazilərdə yağıntılar 200 mm, bəzi hallarda isə 240 millimetrə qədər düşə bilər.

Fransanın eyni bölgəsindəki 5 departamentdə güclü yağış, göy gurultulu leysan və daşqın ehtimalına görə narıncı səviyyə tətbiq edilib.

Mənbə: “RİA Novosti”