Londonda diplomatları qoruyan polis məmuru təcavüz ittihamı ilə həbs edildi

05:40 05-10-2021 326

Böyük Britaniyada Parlament və diplomatik nümayəndəliyin mühafizəsi ilə məşğul olan polis əməkdaşı təcavüzdə ittiham olunur.

Bu barədə London polisinin rəsmi saytında məlumat verilir.

“Parlament və diplomatik  nümayəndəliklərin Mühafizə İdarəsininin əməkdaşı 46 yaşlı konstebl Devid Kerrik Hardofordşirdə təcavüzdə ittiham edilib”, - deyə məlumatda bildirilib.

Qeyd olunur ki, Kerrik saxlanılan gündən vəzifəsindən uzaqlaşdırılıb.

Polis Zabiti Hatfilddə mühakimə olunacaq.

Mənbə: “Scotland Yard”