Bu gündən Nobel həftəsi başlayır

06:20 05-10-2021 438

Növbəti Nobel həftəsi bu gündən etibarən Stokholmda fiziologiya və tibb sahəsində laureatın adının açıqlanması ilə açılacaq. Digər nominasiyalar üzrə mükafatların sahibləri də yaxın günlərdə açıqlanacaq.

Belə ki, oktyabrın 5-də Nobel Fizika Komitəsinin qərarı açıqlanacaq, oktyabrın 6-da kimya, oktyabrın 7-də ədəbiyyat və oktyabrın 8 də Sülh Mükafatı laureatının adı veriləcək.

1968-ci ildə İsveç Dövlət Bankı tərəfindən təsis edilən Alfred Nobelin xatirəsinə iqtisadiyyat üzrə mükafatın sahibi oktyabrın 11-də müəyyən ediləcək.