Zabit Səmədovdan 103-cü qələbə: Rəqibi zərbədən sonra döyüşü davam etdirə bilmədi - VİDEO

10:20 05-10-2021 430

Azərbaycanlı kikboksçu, K1 döyüşçüsü Zabit Səmədov MMA turniri olan ACA-130-da qələbə qazanıb.

HerGun.Az-ın xəbərinə görə, 37 yaşlı “Mauqli” oktaqonda K1 qaydaları ilə keçirilən döyüşdə Konqo əsilli Nayf Didye ilə qarşılaşıb.

O, rəqibinə ikinci raundda texniki nokautla qalib gəlib. Belə ki, Zabitin vurduğu “lou kik” zərbəsindən sonra rəqib idmançı sol ayağından ciddi zədə aldığını əsas gətirərək döyüşü davam etdirə bilməyib.

Qeyd edək ki, Qroznıda keçirilən döyüşü Çeçenistanın Prezidenti Ramzan Kadırov da izləyib.

Xatırladaq ki, Zabit Səmədov bu görüşdə qalib gəlməklə karyerasında 103-cü qələbəsini qazanıb.

Səbuhi Musayev