Gəncədə qartal istismar edilib... - AÇIQLAMA

13:40 05-10-2021 428

Gəncə şəhərinin mərkəzi küçəsində qartal istismar edilərək vətəndaşlara nümayiş etdirilib.

Bu barədə sosial şəbəkədə görüntülər yayılıb.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev HerGun.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Gəncə şəhərinin mərkəzindəki küçədə istismar edilərək vətəndaşlara nümayiş etdirilən, adı Qırmızı Kitaba daxil edilən, pəncələri yaralı berkut qartalı əməkdaşlarımız tərəfindən götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib:

“Hazırda qartal baytar tərəfindən müayinə olunur. Yırtıcı quş mərkəzdə reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq”.

İlhamə Əbülfət