İlham Əliyevin hərəkəti gündəm oldu - VİDEO

14:00 05-10-2021 536

Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıla səfəri çərçivəsində burada Dövlət Sərhəd Xidmətinin (DSX) yeni hərbi hissəsinin açılışında iştirak edib.

Açılışdan sonra dövlət başçısına hərbi hissənin tabeliyindəki texnika və silahlar, o cümlədən pilotsuz uçuş aparatları təqdim olunub.

Xüsusilə hərbi hissənin arsenalındakı PUA-lara baxış zamanı dövlət başçısı maraqlı jest və mimikalarla seçilib. Prezident İlham Əliyevin 44 günlük müharibədə ordumuzun zəfər qazanmasında da önəmli rol oynamış PUA-lara baxış keçirdiyi anı əks etdirən həmin görüntüləri təqdim edirik: