“Haber Global” İlham Əliyevin İrandan gələn açıqlamalara verdiyi sərt cavabı geniş işıqlandırıb - VİDEO

20:40 05-10-2021 349

Türkiyənin “Haber Global” televiziya kanalı Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilən Cəbrayıl rayonuna səfəri zamanı İrana yönəlik açıqlamalarına dair süjet hazırlayıb.

Süjetdə Azərbaycan Prezidentinin İrana tərəfinin açıqlamalarına verdiyi tutarlı cavablara  diqqət çəkilib.

Reportajda qeyd olunur ki, İlham Əliyev Araz çayı sahilində yerləşən dövlət sərhəd xidmətinə məxsus hərbi hissəni ziyarət edərək, arxa fonda “Qarabağ Azərbaycandır” yazısı olan ərazidən İsrail istehsalı olan “Harop”la foto çəkdirib.

“Haber Global” qeyd edir ki, Azərbaycan ordusunun Qarabağda əldə etdiyi hərbi zəfər, ardınca Azərbaycan-Türkiyə-Pakistan hərbçilərinin keçirdiyi birgə hərbi təlimlər İran tərəfindən böyük narahatlıqla qarşılanıb.

Daha ətraflı videosüjetdə: