Perm qətliamını törədən gənc komadan ayıldı: Reanimasiyadan ilk fotosu yayılıb – FOTO

23:20 05-10-2021 385

Rusiyada Perm Dövlət Universitetinə silahlı hücum həyata keçirən Timur Bekmansurov komadan ayılıb.

Onun müalicə aldığı palatadan ilk fotosu ictimailəşdirilib.

İlkin məlumata görə, Timur Bekmansurov süni nəfəs aparatından tam ayrılıb, qatil tezliklə müstəntiqlərin suallarını cavablandıracaq.

Xatırladaq ki, 18 yaşlı Timur Bekmansurov sentyabrın 20-də səhər saatlarında Perm Dövlət Universitetinin binasına daxil olaraq qarşısına çıxan insanları güllələməyə başlamışdı.

Onun atəşindən altı nəfər dünyasını dəyişmişdi.

Mənbə: “Life Shot” “Telegram” kanalı