Azərbaycanda istehlakçıların mənafelərinin müdafiəsi üçün yeni tələblər müəyyən edilir

00:20 06-10-2021 337

Azərbaycanda istehlakçıların qanuni mənafelərinin müdafiəsi ilə bağlı yeni tələblər müəyyən edilir.

Bu barədə məsələ yeni hazırlanan “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin ilkin versiyasında əksini tapıb.

Qanun layihəsi qida məhsulları istehlakçılarının hüquqlarının və qanuni mənafelərinin müdafiəsinə, istehlakçıların qida məhsulları ilə bağlı dolğun və düzgün məlumat almasına dair tələbləri müəyyən edir.

Belə ki, qanun layihəsində istehlakçıların qanuni mənafelərinin müdafiəsi məqsədilə qida məhsullarının təhlükəsizliyi və keyfiyyəti sahəsində sui-istifadə hallarının və ya saxtakarlığın qarşısının alınması; saxtalaşdırılmış qida məhsullarının ilkin istehsalının, emalının və dövriyyəsinin qarşısının alınması; istehlakçını aldadan (çaşdıran) hər hansı digər fəaliyyətin qarşısının alınması nəzərdə tutulur.

Qeyd edək ki, qanun layihəsinin Milli Məclisin payız sessiyası çərçivəsində müzakirəyə çıxarılması nəzərdə tutulur.

Mənbə: Trend