Braziliyalı futbolçu oyun zamanı hakimi amansızlıqla döydü - VİDEO

02:00 06-10-2021 504

Braziliyanın “SC Sao Paulo” klubunun oyunçusu Villyam Ribeyro “Guarani” ilə matçda hakimi döyüb. Hadisə Riu-Qrandi-du-Sul ştatının ikinci divizion çempionatında baş verib.

Bununla bağlı yayılan kadrlardan görünür ki, ilk zərbədən sonra hakim yerə yıxılır, lakin oyunçu bununla kifayətlənməyərək ayağı ilə ona yenə təpik vurur.

Aldığı travmalar nəticəsində huşunu itirən hakim xəstəxanaya yerləşdirilib.

Futbolçu həbs edilib. Onun hərəkətləri qətlə cəhd kimi qiymətləndirilib: Ribeyronun təqsiri sübut edilərsə, onu uzun müddət həbs cəzası gözləyir.

“SC Sao Paulo” oyunçunun müqaviləsinə xitam verildiyini açıqlayıb.