Koronavirusun ən təhlükəli simptomu açıqlandı

03:00 06-10-2021 354

Koronavirus infeksiyasını tənəffüs sürətinə görə təsbit etmək mümkündür.

Bunu rusiyalı allergoloq-immunoloq Vladimir Bolibok bəyan edib.

Onun sözlərinə görə, COVİD-19-un yeni ştamlarında qoxu itkisi, öskürək və hərarət artıq koronavirusun vacib əlaməti sayılmır.

“Diqqət etməli olduğunuz ən vacib şey insanın boğulmağa başlamasıdır. Təngnəfəslik  müşahidə edilərsə, bu, ən təhlükəli simptomdur”, - deyə həkim bildirib.

Onun sözlərinə görə, əgər insan ağır fiziki əməklə məşğul deyilsə, yaxud sakit haldadırsa (stress keçirmirsə), onun nəfəs alma sürəti dəqiqədə 20 nəfəsi keçməməlidir. Sakit vəziyyətdə insan daha tez nəfəs alırsa, təcili olaraq həkimə müraciət etmək lazımdır.