Ronaldudan kədərli paylaşım: “Səni əsla unutmayacağıq” - FOTO

05:00 06-10-2021 533

“Mançester Yunayted”in ulduzu Kristianu Ronaldu yaxın dostu, futbolçu Xose Semedonun həyat yoldaşının ölüm xəbərini sosial şəbəkə hesabında yayıb.

“Futbol da daxil olmaqla hər şeyin arxa planda qaldığı zamanlar var. Ötən həftə gözlənilməz şəkildə möhtəşəm bir insan aramızdan ayrıldı. Möhtəşəm bir ana idi və həyatın mənə verdiyi ən yaxşı dostlardan birinin yoldaşı idi. Sorayanı itirdik. Qardaşım Xose Semedo və bütün ailəsinin hiss etdiyi ağrını heç bir şey silə bilməz. Hər zaman olduğu kimi bu çətinliyə də sinə gərmək üçün birlikdəyik. Səni əsla unutmayacağıq”, - deyə Ronaldu yazıb.

Mənbə: “Haber Global”