İspaniyalı NBA ulduzu karyerasını başa vurdu

06:40 06-10-2021 471

İspaniya basketbolunun ən tanınmış simalarından biri olan 41 yaşlı Pau Qasol peşəkar karyerasını başa vurduğunu açıqlayıb.

Mətbuat qarşısında çıxış edən məşhur basketbolçu bildirib ki, bu qərarı vermək çox çətin idi və o, bu barədə çox düşünməli olub.  

P.Qasol vurğulayıb ki, 2019-cu ilin may ayında ciddi zədə almağına baxmayaraq, karyerasını “Barselona”da sonlandıra bilməkdən və İspaniya milli komandası ilə beşinci dəfə Olimpiya Oyunlarında iştirak etməkdən çox məmnundur.

Qeyd edək ki, Pau Qasol basketbolçu karyerasını “Barselona” klubunda başlayıb. O, bu klubda 108 oyun keçirib.

Daha sonra ispaniyalı basketbolçu karyerasını Milli Basketbol Assosiasiyasında (NBA) davam etdirib.

O, ABŞ NBA-da iki dəfə çempionluq sevincini yaşayıb və 18 mövsüm ərzində 1 362 oyunda iştirak edib.

Mənbə: sporx.com