Marafon zaman 50 yaşlı atletin ürəyi dayandı

08:40 06-10-2021 431

Fransalı idmançı Saxara səhrasında təşkil edilən marafon yarışı zamanı həyatını itirib.

Qeyd olunur ki, 50 yaşlı fransalı atlet səhranın Mərakeş hissəsində təşkil olunan “Marathon des Sables” yarışının ikinci mərhələsində mübarizə apararkən qəflətən yıxılaraq ölüb.

Təçkilatçılar hadisə baş verən əraziyə tibbi vertolyot çağırıb.

Həkimlər idmançının həyatı uğrunda 45 dəqiqə mübarizə aparsa da, kənar müdaxilə heç bir nəticə verməyib.

Bildirilir ki, qaçışçı marafondan öncə bütün tibbi müayinələrdən keçib və səhhətində hər hansı problem aşkarlanmayıb.

Mənbə: marathondessables.com