Bəşəriyyətin yaranma tarixinə təkrar baxış - FOTO

21:54 19-08-2019 1089

Alimlər Monqolustanda daş əmək alətləri aşkar edib. Tapıntı onu göstərir ki, insanlar hesab edildiyindən 10 min il öncə Avrasiya çöllərində gəzib.

Bu haqda Phys.org saytında bildirilib.

2011-ci ildən 2016-cı ilə qədər Tolbor çayı boyu aparılan qazıntılar zamanı tapılan artefaktların yaşı 45 min ilə çatır.

Ümumilikdə bir neçə min daş alət aşkar edilib, onlardan 826-sı insanların ən qədim dayanacaqlarıyla bağlıdır.

Uzun və düzgün ülgücləri olan alətlər Sibirdə və Çinin şimal-qərbində aparılan qazıntılar zamanı tapılanlara oxşardır. Bu, region üzrə insanların irimiqyaslı yerləşməsini göstərir.

Heç bir insan qalıqlarının tapılmadığına baxmayaraq, alimlər əmindirlər ki, alətlər uyğun texnikaya malik olmayan neandertal və denisov insan tipləri tərəfindən deyil, məhz müasir növ insanlar tərəfindən yaradılıb.

Tədqiqatçılar, həmçinin, orqanik qalıqlara əsasən iqlim şəraitini müəyyən ediblər. Region zamanla daha rütubətli və isti olub. Bu isə mal-qaranın otarılması üçün daha əlverişli şərait yaradıb.

Alətlərin yaşı təxminən müasir və denisov tipli insanların arasındakı əlaqələrin vaxtına uyğundur. Hesab edilir ki, denisov tiplilər homo sapienslərə orqanizmi hipoksiyaya dayanıqlı edən və nisbətən seyrəldilmiş havası olan yerlərdə (məsələn, Tibet yaylasında) yaşamağa imkan verən genləri ötürüblər.

Denisov tipli insanlar (homo altaensis) - qədim insanların yox olmuş növüdür. Onlar Altayda, Denisov mağarasında tapılan daşlaşmalarla tanınıb. Neandertal adamlara nisbət qohum qrup sayılır. Bu yaxınlarda sübut olunub ki, denisov və neandertal tipli insanlar birləşərək nəsil artırıblar.

Məlumdur ki, müasir anatomiyaya malik insanlar Afrikanı azı 100 min il öncə tərk edərək, Avrasiyada yerləşiblər, bəzən homo nəslinin digər növləriylə - denisov və neandertal tipli insanlarla cütləşiblər. Bu, insanların yox olmuş formalarının DNT-sinin homo sapienslərin geninə introqrasiyasına (hibridləşmə nəticəsində ötürülməsinə) səbəb olub.