İqtisadiyyat naziri Qarabağın bərpa edilməsindən DANIŞDI

11:40 06-10-2021 408

“Azərbaycan öz ərazilərini erməni işğalından azad etdikdən sonra həmin ərazilərin bərpası, insanların oraya təhlükəsiz qayıtması, iqtisadi inkişafın təmin edilməsi və ölkə iqtisadiyyatına inteqrasiya edilməsi və digər bu kimi çağırışlar qoyur”.

HerGun.Az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda keçirilən tədbirdə deyib.

Nazirin sözlərinə görə, Azərbaycanın bu istiqamətdə prioritetləri dayanıqlı inkişaf məqsədləri ilə üst-üstə düşür.

M.Cabbarov bildirib ki, işğal dövründə ermənilər həmin ərazilərdə yaşayış evlərini, sosial obyektləri dağıdıb, iqtisadiyyatı məhv edib, ekoloji fəlakət törədib və həmin ərazilərin bərpa edilməsi böyük maliyyə vəsaiti tələb edir.

O qeyd edib ki, azad edilmiş ərazilərə xarici investisiyaların cəlb edilməsi Azərbaycan iqtisadiyyatına investisiyaları xeyli dərəcədə artıracaq.

İlhamə Əbülfət