Şərqi Zəngəzurdakı Sənaye Parkının ilk rezidenti məlum oldu - FOTO

16:20 06-10-2021 367

“Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl rayonunda təməlini qoyduğu “Araz Vadisi İqtisadi Zonası” ilk rezidenti “KAMAZ Lizinq” MMC-dir”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. 

“Layihə Rusiya kapitalının iştirakı ilə həyata keçiriləcək”, - deyə o qeyd edib.

Qeyd edək ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayılda yaradılacaq.